Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putindən Baydenlə bağlı AÇIQLAMA: Razılaşma əldə edilsə...

13 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə 16 iyun tarixində aralarında baş tutacaq görüşdə strateji sabitlik, regional qarşıdurmalar və ətraf mühit məsələlərini müzakirə edəcəklərini söyləyib.

Press.az xəbər verir ki, bu barədə V.Putin Zirvə toplantısından əvvəl dövlət televiziyasına verdiyi müsahibəsində deyib.

Rusiya Prezidenti görüşün bəzi bölgələrdə qoşunların yığılması ilə əlaqəli təhlükəsizlik problemlərinin həllinə yol açacağına ümid etdiyini, əsas məqsədin dialoq qurmaq və birbaşa ünsiyyəti bərpa etmək olduğunu bildirib.

Görüşdən əvvəl Vaşinqtonun mənfi ritorikasını daha müsbət bir atmosfer üçün azaltdığını deyən Putin Baydenin Yeni Başlanğıc Sazişini uzatmasını "peşəkarlıq" kimi xarakterizə edib.

Rusiya Prezidenti qarşılıqlı razılaşma əldə ediləcəyi təqdirdə kiber cinayətkarları ABŞ-a təhvil verməyə hazır olduqlarını da söyləyib.

Oxşar xəbərlər
OTACI