Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xarici diplomatlar Ağdamda Xurşidbanu Natəvanın dağıdılmış məqbərəsi ilə tanış olublar

13 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun işğaldan azad edilən Ağdam rayonuna səfəri davam edir.

Report-un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Tədbirdə iştirak edən tanınmış fotoqraf Reza Deqati xarici diplomatik korpus nümayəndələrini Ağdam şəhərində Xurşidbanu Natəvanın işğalçı Ermənistan qüvvələri tərəfindən dağıdılmış məqbərəsi ilə tanış edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov Pənahəli xanın sarayının yerləşdiyi "İmarət" kompleksində ermənilərin törətdiyi dağıntılardan danışıb.

Oxşar xəbərlər
OTACI