Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı-Quba yolunda qəza olub - FOTO

13 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Press.az APA-ya istinadən xəbər verir ki, qəza magistralın 27-ci kilometrliyində, yolun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı avtomobil qarşıda olan “Volksvagen” markalı avtomobilə çırpılıb.

Zərbənin gücündən “Volksvagen” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dəmir arakəsməyə çırpıb.

“BMW” markalı avtomobil isə ərazidə yeni inşa olunan körpünün beton piltəsinə dəyib. Hər iki avtomobilə ciddi ziyan dəysə də, ciddi xəsarət alan olmayıb.

Əraziyə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI