Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paşinyan səhv etdi, xanımı güldü - Video

13 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiya xarici işlər naziri Sergey Lavrovu əvvəlcə Rusiya Prezidenti, daha sonra isə Baş naziri adlandırıb.

Press.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu səhvi o, seçkiqabağı mitinqdə çıxış edərkən buraxıb.

“Rusiya Prezidenti...Baş naziri Sergey Lavrov Yerevana gələndə və bundan bir gün əvvəl ATƏT-in Minsk Qrupu həmsədrləri minalanmış ərazilər haqqında məlumat üçün çağırış edəndə...”, - Paşinyan deyib.

Onun arxasında dayanan ərazi idarəetmə və infrastruktur naziri səlahiyyətlərini icra edən Suren Papikyan və Paşinyanın həyat yoldaşı Anna Akopyan gülüşlərini saxlaya bilməyiblər.

Oxşar xəbərlər
OTACI