logo
First slide

ABŞ-da silahlı atışma: Ölən və yaralananlar var

13 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın Çikaqo şəhərində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

Press.az xəbər verir ki, bu barədə “ABC 7” telekanalı polisə istinadən məlumat yayıb.Hüquq-mühafizə orqanlarının məlumatına görə, atışma şəhərin cənub hissəsində saat 02:00 radələrində (Bakı vaxtı ilə saat 11:00) başlayıb. Bildirilir ki, iki şübhəli şəxs səkidə dayanan bir qrup şəxsə yaxınlaşaraq onlara atəş açıblar. Güllə yarası alanlardan biri, 29 yaşlı qadın Çikaqo Universitetinin Tibb Mərkəzində həyatını itirib. Digər yaralananların vəziyyəti isə qənaətbəxşdir.

Polis şübhəlilərin saxlanılması istiqamətində araşdırma aparır.

Oxşar xəbərlər
OTACI
OTACI