logo
First slide

Türkiyədən sərt mesaj: PKK vəhşi üzünü bir daha göstərdi

12 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Afrində terrorçuların xəstəxanaya hücumunu şiddətlə qınayırıq.

Press.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Tvitterdə yazıb.

“PKK-nın Suriyadakı qolu vəhşi üzünü bir daha göstərdi. Bu hücum qarşısında səssiz qalmaq cinayətə ortaq olmaqdır. Allahdan həyatını itirənlərə rəhmət, yaralılara isə şəfa diləyirik”, - Kalın bildirib.

Qeyd edək ki, YPG/PKK Afrində xəstəxananı raket zərbələri ilə vurub. Hücum zamanı 19 nəfər ölüb, 40 insan isə xəsarət alıb.

Oxşar xəbərlər
OTACI
OTACI