Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə millisi İtaliyaya uduzdu - Yenilənib

12 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Avro-2020-yə start verilib.

Press.az xəbər verir ki, ilk oyun günü üçün nəzərdə tutulan 1 matç artıq başa çatıb. Turnirin açılış oyununda İtaliya Türkiyə ilə qarşılaşıb. Romadakı “Olimpiko” stadionunda oynanılan görüş İtaliya yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Koronavirus pandemiyasına səbəbindən ötən il keçirilməyən və bu ilə təxirə salınan Avro-2020 iyunun 11-dən iyulun 11-dək davam edəcək. Sayca 16-cı olacaq Avropa çempionatının oyunlarına 11 şəhər - Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Sevilya (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionunda A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatının son qalibi Portuqaliya millisidir.

11 iyun

23:00. Türkiyə - İtaliya - 0:3

Qollar: Merih Demiral, 52 - avtoqol (0:1), Çiro İmmobile, 66 (0:2), Lorenzo İnsinye, 78 (0:3)

Sarı vərəqə: Çağlar Söyüncü, 88 (Türkiyə)

Baş hakim: Denni Makkelin (Niderland)
Roma, "Olimpiko" stadionu

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI