Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Oniklə Serjik haqqımda elə sözlər dedi ki... - Paşinyan

11 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın telefon danışıqlarına gizli qulaq asdığını etiraf edib.

Press.az xəbər verir ki, Paşinyan bu haqda tərəfdarları ilə görüşündə deyib.

“Noyabrın 20-də o, hansısa səbəbdən Serj Sərkisyana (Ermənistanın keçmiş prezidenti – red.) zəng elədi. Haqqımda ən axırıncı sözlər dedilər”, - Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, bu danışıqdan sonra Qasparyan onunla görüşmək istəyib və deyib ki, istefa verməlidir:

“Ondan soruşdum ki, neçə gündür yatmır? Cavab verdi ki, 4-5 gün. Dedim, get yat, özünə gəl, sonra danışarıq və hesab edərik ki, bu söhbət olmayıb”.

Nikol daha sonra əlavə edib ki, həmin gün Qasparyan Zəngəzurda kimlərləsə görüşüb.

“Mən Onikə qardaş kimi inanırdım, heç vaxt onun sözlərinə şübhəm olmayıb və indi o anlamır ki, niyə haqqında yalan söhbətlər dolaşır”, - Paşinyan bildirib.

Oxşar xəbərlər
OTACI