Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirdən “Çıraqqala” ilə bağlı açıqlama

11 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Çıraqqala” abidəsində bərpa-konservasiya işləri bu ilin sonunda yekunlaşacaq.

Press.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov iyunun 11-də abidə ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə təşkil edilən media-tur zamanı deyib.

Nazir bildirib ki, tarixi əhəmiyyətə malik olan bu abidədə bərpa-konservasiya işlərinə 2019-cu ilin iyul ayından başlanılıb. “Qeyd edim ki, qalanın bərpa-konservasiya işlərinə yerli mütəxəssislər cəlb olunub. Eyni zamanda, xarici ekspertləri də dəvət etmişik, onlar aparılan işləri yüksək qiymətləndiriblər”, - deyə nazir əlavə edib.

A.Kərimov qeyd edib ki, “Çıraqqala” ilə yanaşı, digər istehkam tipli qurğuların UNESCO-nun mədəni irs siyahısına salınması ilə bağlı planlar var.

Nazir, həmçinin bildirib ki, “Çıraqqala”nın turizm imkanlarının artırılması istiqamətində də işlər aparılır. Bununla bağlı hazırlanan konsepsiya yaxın zamanlarda təqdim olunacaq.

Oxşar xəbərlər
OTACI