Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mədəniyyət nazirindən Samir Şərifovun kino sahəsi ilə bağlı iradına MÜNASİBƏT

11 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mədəniyyət naziri Anar Kərimov maliyyə naziri Samir Şərifovun Milli Məclisin iclasında kino sahəsi ilə bağlı iradlarına cavab verib.

Press.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bu iradın köhnə dövrə aid olduğunu bildirib.

"Bizə elə gəlir ki, bu köhnə dövrə aid olan məsələdir. Biz cavabımızda nailiyyətlərimiz haqqında məlumat verdik. Qısa zamanda kifayət qədər işlər görülüb. Bundan sonra da kino sahəsində işlər davam etdiriləcək. Bu sahə elədir ki, qısamüddətli nəticələr gözləmək çətindir və bu, uzunmüddətli prosesdir. Hazırda AzərbaycanFilm Kinostudiyasının maddi bazasının təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bundan başqa, təmir-bərpa işləri də gözlənilir. Kino konsepsiya yenidən işlənilir və onun beynəlxalq standartlara cavab verməsinə nail olmuşuq” - deyə nazir əlavə edib.

Oxşar xəbərlər
OTACI