Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daha bir nazirlik gücləndirilmiş iş rejiminə keçdi

11 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi AVRO-2020 ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

Nazirlikdən verilən məlumata görə, Bakı şəhərində keçiriləcək futbol üzrə Avropa çempionatı ərəfəsində Nazirlikdə müvafiq test işləri yekunlaşdırılıb:

“Oyunların keçiriləcəyi günlərdə poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri keyfiyyətli və davamlı şəkildə təmin ediləcək”.

Nəqliyyat xidmətləri ilə təminat məqsədilə plan hazırlanıb. Eyni zamanda, taksi xidməti də təşkil olunacaq.

Oyun günlərində müvafiq öhdəliklərin icrası Nazirlik tərəfindən nəzarətdə saxlanılacaq.

Oxşar xəbərlər
OTACI