Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İşdən çıxarılan şöbə rəhbəri məhkəmədə qalib gəldi

11 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin şöbə rəhbəri vəzifəsindən azad edilən Aysel Erdoğanın məhkəmə iddiası təmin edilib.

Press.az Qafqazinfo-ya istinadən xəbər verir ki, aprelin 14-də Mərkəzin əmri ilə Erdoğan Aysel Ramiz qızı ilə bağlanan müqaviləyə xitam verilib və o, Talassemiyanın profilaktikası şöbəsinin müdiri vəzifəsindən azad olunub.

A.Erdoğan bununla bağlı Nəsimi rayon məhkəməsinə müraciət edərək əmrin ləğv edilməsini və işə bərpa olunmasını tələb edib.

Hakim Rəşid Səmədovun çıxardığı qətnamə ilə şöbə rəhbəri iddiası təmin edilib. Qərara görə, A.Erdoğan köhnə vəzifəsinə bərabər tutulan Talassemiyanın profilaktikası bölməsinin rəhbəri vəzifəsinə bərpa edilib.

Ona aprelin 14-dən bəri məcburi işburaxma müddəti üçün də əmək haqqı ödəniləcək.

Oxşar xəbərlər
OTACI