Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağdaş Peşə Məktəbində qanunsuzluqlarla bağlı cinayət işi açılıb

11 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağdaş Peşə Məktəbində yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş kollektiv müraciət əsasında Ağdaş rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Press.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Aparılan araşdırma ilə müəyyən edilib ki, Ağdaş Peşə Məktəbində müxtəlif cinayətkar üsullardan istifadə edilməklə faktiki olaraq təhsil almayan tələbələrə təqaüdün, mövcud olmayan təlim ustalarına əmək haqqının verilməsinin, eləcə də tədris olunmayan dərs saatlarının rəsmiləşdirilməsi yolu ilə və digər qanunsuz vasitələrlə dövlət büdcəsindən ayrılan ümumilikdə 70 min manat məbləğində pul vəsaiti mənimsənilib.

Qeyd edilən fakta görə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui‐istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayəti törədən şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi və cinayətin təfərrüatlarının araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
OTACI