logo
First slide

"Azərbaycan dili" fənni üzrə ikinci imtahan keçiriləcək

11 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət İmtahan Mərkəzi iyunun 24-də ikinci dəfə “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirəcək.

Mərkəzdən Press.az-a verilən məlumata görə, bu imtahanda aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (11-ci sinif şagirdləri) iştirak edəcəklər:

- Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilən “Azərbaycan dili” (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları;

- Mayın 20-də keçirilən imtahanda iştirak edib qeyri-məqbul (50 baldan aşağı toplayan) qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən cari ilin abituriyentləri;

- Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən əvvəlki illərin məzunları.

"Azərbaycan dili" (dövlət dili kimi) imtahanının nəticəsi 2 il qüvvədə olduğu üçün 2020-ci ildə keçirilən imtahandan 50 və daha yuxarı bal toplayan əvvəlki ilin məzunları bu imtahandan azaddırlar. Digər 3 kateqoriyaya aid olan abituriyentlər imtahana bir həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ni çap etməli və “Azərbaycan dili” imtahanında iştirak etməlidirlər.

Oxşar xəbərlər
OTACI
OTACI