Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Otlaqda çətənə yetişdirən şəxs saxlanıldı - VİDEO

11 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kəndin otlaq sahəsində çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Press.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Upa kəndi ərazisində yerləşən otlaq sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla həmin şəxsin Giləzi qəsəbə sakini Aydın Səfərov olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən otlaq sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 31 ədəd çətənə kolu maddi sübut kimi götürülüb, qablaşdırılaraq bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı A.Səfərov narkotik tərkibli bitkiləri may ayında əkdiyinin və şəxsi istifadəsi üçün becərdiyini etiraf edib.

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda araşdırmalar aparılır.

Oxşar xəbərlər
OTACI