Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Türkiyə millisi fantastik oyunçulara sahibdir" - Mançini

10 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ümid edirəm ki, finalda Türkiyə ilə yenidən qarşılaşarıq. Türkiyə millisi gəncdir amma fantastik oyunçulara sahibdir. Qələbə qazanmaq istəyiriksə, ən yaxşı oyunumuzu oynamalıyıq”.

Press.az xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini sabah “Avro-2020”nin açılış matçında Türkiyə ilə keçiriləcək görüş haqqında danışarkən deyib.

O, bu gün təşkil edilən mətbuat konfransında Türkiyə millisi haqda müsbət fikirlər səsləndirib. Mançini rəqibin kapitanı Burak Yılmazı xüsusi fərqləndirib: “Burak gözəl mövsüm keçirdi. Ümid edirəm ki, sabah qol vurmaz. Amma o, mənimlə eyni fikirdədirmi, bunu bilmirəm. Burakın oyununu çox bəyənirəm. Türkiyənin ən yaxşı futbolçularından biridir”.

Mançini uzun müddətdən sonra azarkeşlər önündə futbol oynamağın gözəl hiss olduğunu deyib: “Azarkeşlər nə qədər çox olsa, o qədər xoşbəxt olarıq. 16 min azarkeş az deyil. Azarkeşlər önündə oynamaq çox gözəl duyğudur”.

Qeyd edək ki, sabah Romada keçiriləcək Türkiyə - İtaliya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI