Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sergey Markov: “Azərbaycanın tərkibində vilayət - bu da statusdur”

10 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın tanınmış ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov Caliber.Az-ın suallarını cavablandırarkən status məsələsinin aktual olaraq qaldığını, digər tərəfdən isə bu termin altında nəyin nəzərdə tutulduğunun vacibliyini qeyd edib.

“Status hava şəraiti kimidir. Çölə çıxırsınızsa, əvvəlcədən uyğun şəkldə geyinmək üçün havanın necə olduğunu bilməlisiniz. Heç bir status olmadan mümkün deyil. Bu, adi vilayət də ola bilər (Azərbaycanın tərkibində - red.). Ancaq bunun özü də artıq bir statusdur”, - deyə Markov bəyan edib.

Politoloqun sözlərinə görə, bu, bölgə (Qarabağ - red.) əhalisinin tərkibi və istifadə olunan dilə görə fərqlənir. Bundan əlavə, bölgədə xarici işğal da hökm sürüb.

“Odur ki, bu ərazinin özünəməxsus özəllikləri var. Eyni zamanda, sovet dövründə Dağlıq Qarabağa muxtar bölgə statusu verən və sonra da bundan çox əziyyət çəkən Azərbaycanın narahatlığı Rusiyada çox yaxşı başa düşülür. Bakı olduqca faciəli bir təcrübəni təkrarlamaq istəmir. İndi Azərbaycanın sakitcə düşünməyə və qərar verməyə vaxtı var”, - deyə o əlavə edib.

Oxşar xəbərlər
OTACI