Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Təhsil nazirindən müəllimlərin işə qəbul imtahanları haqqında AÇIQLAMA

10 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Yay ərzində müəllimlərin işə qəbul imtahanını da keçirməyi düşünürük”.

Press.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

“13 imtahan mərkəzi olmaqla, 12 bölgədə - Bakı, Sumqayıt, Abşeron, Quba, Masallı, Gəncə, Mingəçevir, Şirvan, Kürdəmir, Ağcabədi, Şamaxı və Balakəndə müəllimlərin işə qəbul imtahanını keçirəcəyik”, - deyə nazir bildirib.

O əlavə edib ki, hər il 52 min nəfər imtahana qoşulur: “Bunun da nəticəsində doqquz minə yaxın insan işlə təmin olunur”.

Oxşar xəbərlər
OTACI