Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hansı növ allergiyası olan xəstələr peyvənd vurdurmayacaq? – RƏSMİ AÇIQLAMA

10 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Əgər kəskin allergik reaksiyalar varsa, məsələn anafilaktik şoku olubsa, bu, əlbəttə vətəndaşa əks göstərişdir”. 

Press.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova deyib.

Bildirilib ki, allergik reaksiyalar deyəndə qida və ya məişət mənşəli allergiyalardan söhbət getmir:

“Yəni vətəndaş daha öncəki illərdə hər hansı bir vaksin olunubsa və bu vaksində sonra 2 saat ərzində həmin vətəndaş anafilaktik şok keçiribsə, bu barədə sağlamlıq kağızında göstərilibsə, həmin kağıza əsas götürülür. Belə olan halda ,kağıza əsasən vətəndaş sağlamlıq komissiyasınd iştirak edəcək və ona həqiqətən də bu peyvəndin əks göstəriş olduğu qeyd olunacaq”.

Oxşar xəbərlər
OTACI