logo
First slide

Bakıda oğurlanmış kanalizasiya qapaqları yeniləri ilə əvəz edilib

10 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda, Binəqədi şossesində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qarşısındakı küçədə kanalizasiya baxış quyularının və siyirtmə kamerasının oğurlanmış qapaqları yeniləri ilə əvəzlənib.

Bu barədə Press.az "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, qurumun Binəqədi Rayon Sukanal İdarəsi quyulara yeni qapaqlar qoyub.

Xatırladaq ki, iyunun 8-də 4 ədəd kanalizasiya baxış quyusunun və siyirtmə kamerasının qapaqlarını naməlum şəxslər oğurlayıb. Faktla bağlı Binəqədi Rayon Sukanal İdarəsi Binəqədi Rayon Polis İdarəsinə müraciət edib.

Oxşar xəbərlər
OTACI
OTACI