Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ÜST Azərbaycanda vaksinasiya prosesini yüksək qiymətləndirir

10 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycanda koronavirusa yeni yoluxma hallarının və bu xəstəliklə bağlı ölümlərin sayında azalmanın müşahidə olunması çox sevindiricidir”.

Bu barədə Press.az xəbər verir ki, Report-un sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosundan bildirilib.

“Eyni zamanda ölkə əhalisinin vaksinasiya prosesində iştirakı sevindiricidir”, - ÜST-ün regional ofisindən vurğulanıb.

Bildirilib ki, Azərbaycan əhalisinin 20 faizi artıq vaksinasiya edilib: “Bu, böyük bir müvəffəqiyyətdir və şübhəsiz ki, ölkənin COVID-19-la mübarizəsinə müsbət təsir göstərəcək”.

Qeyd olunub ki, pandemiyanın hələ də bitmədiyi nəzərə alınaraq sayıqlıq itirilməməlidir. Yaxın gələcəkdə maska taxmağa, fiziki məsafəni qorumağa, əllərimizi yumağa və izdihamlı yerlərdən uzaq durmağa davam etməliyik, çünki bu tədbirlərin virusun yayılması ilə mübarizədə effektiv olduğunu bilirik. Vaksinasiya sayıqlığı itirməyə əsas vermir və insanlar özlərini və başqalarını qorumağa davam etməli, ictimai səhiyyə və sosial tədbirlərə bundan sonra da riayət etməlidirlər. Eyni zamanda ictimai səhiyyə və sosial məhdudiyyətləri yumşaldarkən diqqətli olmaq, ən çox risk altında olanlara və hələ də vaksinasiya olunmayanlara xüsusi diqqət yetirməliyik”.

Oxşar xəbərlər
OTACI