Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həyətində narkoplantasiya salan Cəlilabad sakini tutuldu

10 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş S.Qaraşov saxlanılıb.

Onun Cəlilabad rayonunun Şıxlar kəndində yaşadığı evin həyətində xüsusi olaraq hasara aldığı ərazidə kultivasiya yolu ilə becərdiyi 436 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır

Oxşar xəbərlər
OTACI