logo
First slide

Anar Əliyevdən şəhid ailələrinin və qazilərin işlə təminatı ilə bağlı MÜRACİƏT

10 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“44 günlük Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial dəstəklə təminatı üçün genişmiqyaslı tədbirlər həyata keçirilir”.

Press.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

Onun sözlərinə görə, postmüharibə dövründə artıq 23 mindən çox şəxsi əhatə edən bu tədbirlər çərçivəsində ən mühüm fəaliyyət istiqamətlərindən biri də şəhid ailəsi üzvləri və qazilərin məşğulluq məsələlərinin həll olunmasıdır:

“Son aylarda bu kateqoriyalardan olan 6400-dən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 5 minədək şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb”.

Nazir müavini əlavə edib ki, şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək marafonu bu istiqamətdə birgə səylərin gücləndirilməsinə hədəflənib:

“Məqsəd həmin kateqoriyadan olan vətəndaşların məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına nail olunmasıdır”.

Marafona qoşulmaq istəyən hər bir işəgötürən bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Həmin vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunacaq. İşsiz və işaxtaran şəhid ailəsi üzvləri və qazilərə həmin vakansiyalar üzrə göndərişlər veriləcək. 

Oxşar xəbərlər
OTACI
OTACI