Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi – Foto

10 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yardımlı rayonunda Vətən müharibəsinin 23 yaşlı iştirakçısı Abbas Bünyadlıya vəzifə verilib.

Bu barədə Yardımlı Rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əli İskənkəndərov feysbukda bildirib.

Onun sözlərinə görə, rayonun Ostayır kənd sakini, A.Bünyadlı icra hakimiyyəti başçısının ərazi üzrə nümayəndəsi təyin edilib.

Qeyd edək ki, A.Bünyadlı Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) bitirib.

O, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşa, Laçın uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Ali Baş Komandan tərəfindən “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Oxşar xəbərlər
OTACI