Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistanda şəbəkə qurub Türkiyədə fırıldaqçılıq etdilər - VİDEO

09 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanda sayt yaradan bir qrup şəxs Türkiyədə qanunsuz yollarla qumar oyunları təşkil ediblər.

“TRT Haber” bu barədə hüquq-mühafizə orqanlarına istinadla məlumat yayır.

Bildirilir ki, Türkiyənin Mersin şəhərinin 18 rayonunda əməliyyat aparılıb.

Araşdırma zamanı məlum olub ki, şübhəlilər şəxsi məlumatlarını müxtəlif yollarla əldə etdikləri 273 nəfərin adına rəqəmsal pul platformalarında hesab açıblar. 65 milyonu rəqəmsal olmaqla, 190 milyon dəyərində pul dövriyyəyə buraxılıb. Şübhəlilər qanunsuz əldə etdikləri pulları “Bitcoin” kriptovalyutasına çeviriblər.

Şəxsiyyətləri müəyyən olunan 117 nəfər barəsində saxlanma qərarı verilib, onların 86-sı tutulub.

Oxşar xəbərlər
OTACI