Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Binəqədidə kanalizasiya quyularının qapaqları oğurlanıb - FOTO

09 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhəri Binəqədi şosesi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qarşısındakı küçədə “Azərsu” ASC-yə məxsus 4 ədəd kanalizasiya baxış quyusunun və siyirtmə kamerasının qapaqları ötən gecə naməlum şəxslər tərəfindən oğurlanıb.

“Azərsu” ASC-dən Press.az-a verilən məlumata görə, faktla bağlı Binəqədi Rayon Sukanal İdarəsi tərəfindən Binəqədi Rayon Polis İdarəsinə müraciət olunub.

Kanalizasiya baxış quyularının və siyirtmə kameralarının qapaqlarının oğurlanması ərazidə piyadaların və nəqliyyatın hərəkətinə təhlükə yaradır. Eyni zamanda quyuların kənardan bərk məişət tullantıları ilə dolmasına və istismarının çətinləşməsinə səbəb olur.

Oxşar xəbərlər
OTACI