Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Füzuli və Ağdamın azadolma tarixləri də abunə kodlarında əks olunacaq

09 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağdan və Füzulidə də qeyri-əhali qrupuna daxil olan abunəçi kodları bu rayonların işğaldan azad edilmə tarixinə uyğunlaşdırılacaq.

Press.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən birifinqdə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı işlər aparılır: "Bilirsiniz ki, Füzuli və Ağdam rayonlarının böyük bir hissəsi bizim nəzarətimizdə idi. Bu isə o deməkdir ki, mövcud abunə kodları var. Amma hazırda texniki işlər aparılır və tezlikıə bu rayonlarda olan qeyri-əhali qrupu istehlakçıların abunə kodunda həmin rayonların işğaldan azad edilmə tarixi öz əksini tapacaq".

Qeyd edək ki, artıq "Azərişıq" azad edilmiş digər rayonların abunə kodlarında rayonların azadolma tarixlərini əks etdirib.

Oxşar xəbərlər
OTACI