Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Masallıda müxtəlif qayda pozuntularına yol verən sürücülər cərimələnib

09 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Press.az xəbər verir ki, növbəti belə tədbir zamanı Masallı şəhəri ərazisində nəqliyyat vasitələrinin və piyadların sıx hərəkət etdiyi küçə və prospektlərdə dayanma-durma qaydalarını pozaraq avtomobilini avtobus dayanacaqlarında, səkilərdə və digər müəyyən olunmamış yerlərdə park edən sürücülər müəyyən olunub. Hər birinə yol verdikləri qayda pozuntusu ilə bağlı məlumat verilib və qanunamüvafiq tədbirlər görülüb. Yol polisi əməkdaşları tərəfindən eyni zamanda təhlükəsizlik kəmərindən istifadə etməyən, nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən və digər qayda pozuntularına yol verən sürücülər də aşkarlanıb. Yol verdikləri qayda pozuntuları izah olunmaqla hər biri barəsində inzibati protokol tərtib olunub

Oxşar xəbərlər
OTACI