Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabahdan idman zalları açılır - QAYDALAR VƏ ŞƏRTLƏR - RƏSMİ

09 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Operativ Qərargahın məlum qərarından sonra nazirlik bir sıra tədbirlər həyata keçirib. Artıq bütün federasiyalara tövsiyyə xarakterli məktub göndərilib. Hər bir idman federasiyası inkişaf edirdiyi idman növü üzrə klub və zallarına nəzarət etməlidir".

Press.az xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirib.

O əlavə edib ki, federasiyalar vasitəsilə hər bir kluba elektron təlimat kitabçası da elektron şəkildə göndəriləcək:

"Bu kitabçada qeyd olunacaq ki, idman zallarında növbəlilik prinsipi ilə məşqlər keçirilsin. Hansı idman zalındakı sıxlıq müşahidə olunur, orada qrafik tutulmalıdır və növbəli şəkildə ora daxil olmalıdırlar. Hər kəs eyni vaxtda idman zalına gəlməməlidir.

Bundan başqa COVID-19 pasportu da tələb olunur. Bu pasport iyunun 10-dan məşqlərə gələn idmançılara aiddir. Amma məşq zallarında olan təlimatçı və müəllimlər iyulun birinə kimi onlara möhlət verilib.

İdman zallarının rəhbərliyi də hər bir şəxsin print olunmuş formada COVID pasportunu və şəxsiyyət vəsiqəsini özündə saxlamalıdır. Reyd olduğu təqdirdə idmançılar bir-bir narahat edilməsin və sənədlər onlara göstərilə bilsin".

Qeyd edək ki, idman zallarında duş kabinələri də fəaliyyət göstərəcək. Sadəcə gigiyenik qaydalara riayət etmək və ara məsafəsini gözləmək əsas şərt olacaq.

Oxşar xəbərlər
OTACI