Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Altsheymer xəstələri üçün yeni dərman təsdiqləndi

09 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ səlahiyyətliləri təxminən 20 ildə ilk dəfə Altsheymer xəstələri üçün yeni dərmanı təsdiqləyib.

“ABC News” xəbər verir ki, “Biogen” şirkəti tərəfindən hazırlanmış dərmanin ticari adı “Aduhelm”dir.

Dərmanın effektivliyi barədə mübahisələr mövcud olsa da, səlahiyyətlilər onu xəstəliyin inkişafını ləngitməyə yönəlmiş ilk dərman kimi Altsheymer xəstələri üçün böyük əhəmiyyət kəsb etdiyini deyirlər.

Dərman insan beynində hüceyrələrə zərər verən, yaddaş, düşüncə və ünsiyyət problemlərinə səbəb olan lövhələr əmələ gətirən protein- amiloidi məhv edir.

İstehsalçı hesab edir ki, dərman həyat tərzi dəyişiklikləri ilə birləşdirildikdə, erkən diaqnoz qoyulan xəstələrə kömək edə bilər.

Oxşar xəbərlər
OTACI