Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vaşinqton sərhədi SSRİ xəritələri əsasında çəkməyə çağırdı

09 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı ABŞ-ın prioritet hesab etdiyi mövzular üzrə danışıqlar aparılıb: energetika və iqtisadi əlaqələr, insan hüquqları və əsas azadlıqlar, həmçinin, regionda təhlükəsizlik”.

Press.az “Turan”a istinadın xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker Bakıda keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, ABŞ Azərbaycanı strateji tərəfdaşı hesab edir.

Riker deyib ki, ABŞ hər iki tərəfi münaqişənin uzunmüddətli həlli üçün ATƏT-in Minsk Qrupunun himayəsi altında mümkün qədər tez obyektiv danışıqlara başlamağa çağırır.

O əlavə edib ki, ATƏT nəinki münaqişənin özünün, həm də onun humanitar məsələlər də daxil olmaqla, nəticələrinin həllinə kömək etməyə hazır olan təşkilatdır.

“ABŞ Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasına necə kömək edə bilər” sualının cavabında Riker deyib ki, sərhədlərin keçmiş SSRİ çərçivəsində demarkasiyası vacibdir. Bu, həm də texniki prosesdir və ABŞ bunda texniki yardım göstərməyə hazırdır.

Oxşar xəbərlər
OTACI