Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mahir Emreli “Legiya” ilə müqavilə imzaladı - FOTO

08 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Polşanın “Legiya” komandası Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə müqavilə bağlayıb.

Bu barədə futbol klubun rəsmi saytı məlumat yayıb.

Klubdan bildirilib ki, Varşava təmsilçisi 24 yaşlı hücumçu ilə 3 illik sözləşmə imzalayıb.

Transferlə bağlı Mahir Emreli bildirib ki, “Legiya”ya keçidimin əsas səbəbi bu komandanın daim titul uğrunda mübarizə aparması və avrokuboklarda çıxış hesabına inkişaf etmə istəyidir.

24 yaşlı hücumçu bildirib ki, Polşa çempionatı Azərbaycan Premyer Liqasından daha yaxşıdır: “Bilirəm ki, burada oynamaqla bacarıqlarımı artıracağam. Komanda yoldaşlarımla məşqlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI