Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Jurnalistlərin binası"ndan azyaşlı yıxılaraq ölüb - YENİLƏNİB

08 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İyunun 8-də 2017-ci il təvəllüdlü Abbas İsmayılovun Səbail rayonu, Salyan şossesində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Səbail rayon prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir.

20:26

Bakıda azyaşlı uşaq çoxmərtəbəli binadan yıxılaraq ölüb.

Hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binası) baş verib.

Belə ki, 4 yaşlı uşaq evin pəncərəsindən yıxılaraq ölüb.

Məlumata görə, uşaq pəncərədəki tora söykənib. Bu zaman tor cırılıb və azyaşlı yıxılaraq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Report

Oxşar xəbərlər
OTACI