Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məzarları səngərlə ayrılan bacıların həyatda olan bacısı danışdı - VİDEO

08 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağdam rayonunun Yusifcanlı kəndində iki qəbirstanlıq var. Biri 1993-cü il işğal tarixinə qədər, digəri isə işğal illərindən sonra Əfətli kəndi tərəfdə salınan qəbirstanlıq. 

İki tərəfi bir-birindən Qarqarçay ayırır. Qarqarçayın işğaldan əvvəlki tərəfində iki qəbir Səringül Mürşid qızı Qəhrəmanova və bacısı Təyyarə Mürşid qızı Qəhrəmanovayanın qəbirləri dünya mediasının diqqətini cəlb edib.

Fotoqraf Orxan Əzimin Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Yusifcanlıda çəkdiyi şəkil müharibənin dəhşətini, Ermənistan tərəfinin işğal ərazisində törətdiyi müharibə cinayətlərini bir daha isbat edir. 

Belə ki, Ermənistan silahlı bölmələri 1994-ci ildə işğal edərək dağıtdıqları kəndin qəbirstanlığında səngərlər qazıb, minalar basdırıblar. 

Nəticədə məzarların bir qismi dağıdılıb, səngərlər Səringül və Təyyarə bacılarının yanaşı məzarlarını bir birindən ayırıb.

Mərhum bacıların həyatda olan kiçik bacısı Gülüzə Qəhrəmanova “AzTV Xəbər”ə danışıb.

Daha ətraflı AZTV-nin süjetində:

Oxşar xəbərlər
OTACI