Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Naxçıvan qoşunlarında komanda-qərargah təlimi başladı - VİDEO

08 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən növbəti komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyindən Press.az-a verilən məlumata görə, komanda-qərargah təliminə cəlb olunan birləşmə və hissələr düşmənin güclü radioelektron vasitələrinin təsiri altında aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma səviyyəsinə gətirilərək ehtiyat təyinat rayonlarına çıxarılıb və idarəetmə orqanlarının ərazidə açılması təmin edilib.

Qoşunların gizli və operativ fəaliyyətini təmin etmək üçün mexanikləşdirilmiş, piyada və xüsusi təyinatlı bölmələrin digər qoşun növü bölmələri ilə qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilib.

Təlim iyunun 12-dək davam edəcək.

 

Oxşar xəbərlər
OTACI