Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçki keçirilib

08 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, 2021-ci il 3 və 7 iyun tarixlərində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuraya seçki keçirilib.

Bu barədə Press.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə daxili işlər nazirinin müavini İsmət Əliyev iştirak edib.

Vətəndaş cəmiyyəti institutlarından Şuraya üzv olmaq üçün 40 nəfərin namizədliyi təsdiq edilib. Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınaraq keçirilən seçkidə seçici kimi iştirak etmək üçün vətəndaş cəmiyyəti institutlarından qeydə alınmış 249 təmsilçidən 222 təmsilçi iştirak edib.

Şəffaf şəkildə keçirilən seçkinin yekunu olaraq DİN yanında İctimai Şuranın 15 nəfərdən ibarət tərkibi seçilib.

Oxşar xəbərlər
OTACI