logo
First slide

Bakı metrosunda ilk həftə daşınan sərnişinlərin sayı AÇIQLANDI

08 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən həftə Bakı metrosu ilə gündəlik təxminən 350-400 min sərnişin daşınıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Press.az-a bildirib ki, bu 2 dəfəyə qədər azalma deməkdir.

B.Məmmədov ötən həftə ilk dəfə istifadəyə verilən "8 Noyabr" stansiyasında daşınan sərnişin sayı haqda da danışıb:

"Adıçəkilən stansiyada orta hesabla təxminən gündəlik 2 500 sərnişin daşınıb".

Qeyd edək ki, Bakı metrosu ilə sərnişin daşınması gündəlik ortalama 700 min nəfərdir. B.Məmmədov azalmanın səbəbinin karantin qaydalarına uyğun olaraq təhsil müəssisələrinin bağlı olması və iş yerlərində iş rejiminin fərqli olması ilə əlaqədar olduğunu deyib.

Oxşar xəbərlər
OTACI
OTACI