Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda 8-ci sinif şagirdinin 38 yaşlı kişi ilə nişanlanmasına rəsmi REAKSİYA - YENİLƏNİB + FOTO

08 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sosial şəbəkələrdə mayın 5-də Lənkəranda yerləşən istirahət mərkəzlərindən birində 14 yaşlı qıza nişan mərasimi keçirilməsi barədə yayılan məlumatlar doğrudur və bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tədbirlər görülüb.

Press.az xəbər verir ki, bu barədə Oxu.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib:

“Komitəyə məlumat daxil olan kimi məsələ araşdırılıb. Aidiyyəti üzrə bu mərasimin keçirilməsinin qarşısı alınıb. Baxmayaraq ki, nişan mərasimi hər iki tərəfin ailə razılığı ilə həyata keçirilib. Lakin, Komitənin, Lənkəran Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə ailə ilə profilaktik söhbət aparılıb. Bildirilib ki, azyaşlı qızın 18 yaşı tamam olana qədər toy mərasimi həyata keçirilərsə, onlar barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi tədbir görüləcək”.

Eyni zamanda araşdırma nəticəsində qızı nişanlamaq istədikləri şəxsin Rusiya vətəndaşı olması da müəyyən edilib:

“Oğlan Rusiya vətəndaşı olub. Bu barədə də Dövlət Miqrasiya Xidmətinə məlumat verilib. Komitə tərəfindən yerli icra hakimiyyəti orqanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya bu məsələni nəzarətdə saxlamaları ilə bağlı təlimat verilib”.

10:31

“Mayın 5-də Lənkəran şəhərinin istirahət mərkəzlərinin birində 14 yaşlı qızla 38 yaşında kişinin nişan mərasimi keçirilib”.

Bunu “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, nişanlanan qız Masallı rayon Bədəlan kənd sakini, 8-ci sinif şagirdi Zeynəb İsmayılova (ad, soyad şərtidir) olub:

“14 yaşlı məktəbli qızın atasının vəfat etdiyi üçün o hazırda anası ilə birlikdə Bədəlan kəndində babasının evində yaşayır. Seymur adlı oğlan isə Rusiya vətəndaşıdır və orada sahibkarlıqla məşğul olur”.

O əlavə edib ki, qız özündən 24 yaşlı böyük nişanlısı ilə Rusiyada yaşayacaq:

“Bir müddət sonra isə 38 yaşlı şəxs ailədən etibarnamə alaraq qızı da Rusiyaya aparacaq. Sonra da 14 yaşlı qız ana olmağa hazırlaşacaq”.

Oxşar xəbərlər
OTACI