logo
First slide

NATO və ABŞ rəhbərləri Rusiya ilə münasibətləri müzakirə etdilər

08 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, 7 iyunda ABŞ prezidenti Cozef Baydenlə görüşündə Rusiya ila münasibətləri müzakirə edib.

Bu barədə Raport TASS-a istinadən xəbər verir.

O, qeyd edib ki, görüşdə həmçinin silahlanmaya nəzarət müzakirə olunub, strateji nüvə silahlarının məhdudlaşdırılması müqaviləsinin uzadılmasını alqışlayıb.

Şimali Atlantika alyansının baş katibi rəsmi Moskva ilə dialoq barədə fikrini bildirib, amma yaxın vaxtlarda Rusiya-NATO şurasının iclasının olub-olmayacağı barədə heç nə deməyib.

"Biz həmçinin Rusiyanı müzakirə etdik. Və ikili yanaşmayla razıyıq: bizə təmkinlilik və müdafiə lazımdır, həmçinin Rusiya ila dialoq", - Stoltenberq deyib.

Oxşar xəbərlər
OTACI
OTACI