logo
First slide

Putindən ŞOK GEDİŞ: Bu müqavilədən imtina etdi

07 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Prezidenti Vladimir Putin Açıq Səma müqaviləsinin denonsasiya (fr. denorcer - ləğv etmək) edilməsi haqqında qanunu imzalayıb.

Press.az "RIA Novosti"yə istinadla xəbər verir ki, müvafiq sənəd rəsmi hüquq-informasiya portalında yayımlanıb.

Açıq Səma Müqaviləsi "soyuq müharibədən" sonra Avropada etimad yaratma tədbirlərindən biri olub. Müqavilə 24 mart 1992-ci ildə Helsinki şəhərində imzalanıb, 26 may 2001-ci ildə Rusiya tərəfindən təsdiq edilib.

2020-ci ilin sonunda 33 dövlət bu müqavilənin tərəfdaşı olub. 2020-ci ilin mayında ABŞ 22 noyabrda sona çatan razılaşmadan çıxmaq proseduruna başlayıb. Bu qərara cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi 15 yanvar tarixində müqavilədən çıxmaq üçün daxili prosedurlara başladığını açıqlayıb. Putin Dövlət Dumasına müqaviləni denonsasiya edilməsi barədə qanun layihəsi təqdim edib.

Qeyd edək ki, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) coğrafiyasında güvən və təhlükəsizliyin artırılmasına dair tədbir olaraq, 1992-ci ildə imzalanan Açıq Səma müqaviləsi tərəfdaşları arasında Türkiyə də var.

Oxşar xəbərlər
OTACI
OTACI