Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paşinyan özünə məzuniyyət verdi

07 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçki kampaniyası dövründə 7-18 iyun tarixləri üçün özünə məzuniyyət verib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, bu müddətdə onu Baş nazirin müavini Tiqran Avinyan əvəzləyəcək.

Qeyd edək ki, Ermənistanda 20 iyun tarixinə təyin edilmiş növbədənkənar parlament seçkiləri üçün seçki kampaniyası bu gündən başlayıb və iyunun 18-nə qədər davam edəcək. Seçkilərdə 26 siyasi qüvvə - 22 partiya və dörd partiya bloku iştirak edəcək.

Oxşar xəbərlər
OTACI