Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tərtər sakininin intihara cəhd etməsi ilə bağlı AÇIQLAMA

07 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerli sakin, Qarabağ qazisinin özünü yandırıldığı iddia edilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

İddialara görə, hadisəyə həmin şəxsin Tərtər Rayon Polis Şöbəsinin rəisi Elçin Qasımovla aralarında olan söhbət səbəb olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Press.Az-a bildirilib ki, bəzi sosial şəbəkələrdə Tərtərdə qazinin özünü yandırması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir:

“Belə ki, özünü yandırmağa cəhd edən şəxs Tərtər rayon Bəyimsarov kənd sakini R.Q. adlı şəxsdir. O, qazi deyil və psixi xəstəlikdən əziyyət çəkir. Həmin şəxs özünü yandırmağa cəhd etsə də, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Hazırda onun həyati təhlükəsi yoxdur”.

Oxşar xəbərlər
OTACI