logo
First slide

8 min manatlıq oğurluq edən keçmiş məhkum saxlanıldı

07 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lənkəranda yaşayış evi və sexdən oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Lənkəran şəhər sakini T.Pronkinaya məxsus yaşayış evindən ümumi dəyəri 7437 manat olan məişət əşyalarının oğurlandığı barədə polisə müraciət daxil olub.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla həmin şəxsin Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Rəcəbov olduğu müəyyən edilib və oğurladığı əşyaların bir qismi onun saxladığı yerlərdə aşkarlanaraq maddi sübut kimi götürülüb. Ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə V.Rəcəbovun Lənkəran şəhəri ərazisindəki bir sexə gecə saatlarında qanunsuz olaraq daxil olmaqla oradan 320 manat dəyərində elektrik naqilləri və su borularını oğurladığı müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI
OTACI