Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan jurnalistlərlə bağlı beynəlxalq videokonfrans keçirilib

06 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) təşəbbüsü ilə Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan jurnalistlərlə bağlı beynəlxalq videokonfrans keçirilib.

Konfransda Azİz-in rəhbərləri, dünyanın müxtəlif ölkələrindən 34 jurnalist, o cümlədən AZƏRTAC-ın Gürcüstan üzrə müxbiri, AMEA-nın, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Həlak olan jurnalistlərin – Azərtac-ın əməkdaşı Məhərrəm İbrahimovun, AzTV-nin operatoru Sirac Abışovun, eləcə də Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Press.az Azərtac-a istinadən xəbər verir ki, Azİz-in İdarə Heyətinin üzvü Yeganə Salman çıxış edərək iyunun 4-də Kəlbəcərdə mina partlaması nəticəsində Azərbaycan jurnalistlərinin, mülki şəxslərin həlak olması və yaralanması barədə xəbəri ürəkağrısı ilə qarşıladıqlarını bildirib. Qeyd edib ki, artıq münaqişə bölgəsi hesab edilməyən ərazilərdə jurnalistlərin və dinc insanların qətlə yetirilməsi beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir.

Videokonfransda Diaspora Komitəsinin əməkdaşı Salhat Abbasova, tanınmış jurnalistlər Viktoriya Dalinskaya, AMEA-nın Qafqazşünaslıq İnstitutunun əməkdaşı Liliya Mirzəzadə, Lyudmila Karasova, yazıçı-jurnalist David Kon, Mark Qorin, Jozef Keiliçis, Elçin Alıoğlu, professor Mixail Aqarunov və başqaları çıxış ediblər. Erməni terroru nəticəsində jurnalistlərin və dinc insanların qətlə yetirilməsi, Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməməsi kəskin tənqid edilib.

Bildirilib ki, erməni diversantlarının işğaldan azad edilmiş ərazilərdə yenidən minalar basdırması Ermənistanın iyrənc simasını, terror dövləti olduğunu göstərir və onların bu vəhşiliyi bütün sülhsevər insanların kəskin hiddətinə səbəb olub.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan illərdir ikili standartlarla üz-üzədir. Təəssüf ki, bəzi dövlətlər və beynəlxalq təşkilatlar yenə də ikili standartlardan çıxış edərək Ermənistana təzyiq göstərmirlər. Bu da onları daha da azğınlaşaraq daha ağır cinayətlər, terror aktları törətməyə sövq edir.

Vurğulanıb ki, Ermənistan dəfələrlə çıxış edərək Azərbaycanda hərbi əsirlərin saxlanıldığını iddia edir. Amma hamıya, bütün dünya mediasına da bəllidir ki, Azərbaycanda hərbi əsir yoxdur. Hazırda Azərbaycanda həbsdə saxlanılanlar hərbi əsir deyil, terrorçu və təxribatçılardır. Terrorçu isə həbs olunmalı və layiqli cəzasını almalıdır.

Natiqlər Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəni xüsusi qeyd edib, bu qələbənin davamlı olacağına, erməni cəlladlarının layiqli cəzalarını alacaqlarına inandıqlarını bildiriblər.

Çıxışlar zamanı Ermənistana təzyiq göstərilməsi məqsədilə xüsusi petisiya təşkil olunması təklif edilib.

Oxşar xəbərlər
OTACI