Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Quba və Cəlilabad şəhərlərində maarifləndirmə tədbirləri keçirilib

06 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Ombudsman təsisatı tərəfindən Quba və Cəlilabad rayon Heydər Əliyev Mərkəzlərində “İnsan Hüquqları Aylığı” çərçivəsində informasiya əldə etmək hüququnun müdafiəsi üzrə hüquqi maarifləndirici tədbirlər təşkil edilib.

Ombudsman Aparatının Mətbuat xidmətindən Press.az bildirilib ki, tədbirlərdə Quba və Cəlilabad Rayon İcra Hakimiyyətinin, Polis Şöbəsinin, İcra Probasiya Şöbəsinin, Təhsil Şöbəsinin və informasiya sahibi olan digər qurumların nümayəndələri iştirakdə edib.

Tədbirlərdə Quba və Cəlilabad Regional Mərkəzlərinin rəhbərləri B.Əfəndiyev və Z.İsmayılov, Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri L.Zeynalova və Aparatın digər əməkdaşları çıxış edib.

Çıxışlar zamanı Ombudsmanın informasiya əldə etmək hüququnun təmini, təbliği və təşviqi, bu hüququn pozulması ilə əlaqədar daxil olan müraciətlərin baxılması və cavablandırılması, monitorinq və təhlillərin aparılması, habelə informasiya əldə etmək hüququ ilə bağlı digər istiqamətlərdə həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.

Oxşar xəbərlər
OTACI