Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

NATO Moskva ilə Minsk arasındakı sıx əməkdaşlıqdan narahatdır

06 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Alyans ölkələri Rusiya ilə Belarusun sıx əməkdaşlığından ciddi narahatdırlar.

Press.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq “Welt am Sonntag” qəzetinə müsahibəsində bildirib.

“Müttəfiqlər son aylarda Moskva ilə Minsk arasında daha sıx əməkdaşlıqdan ciddi narahatdırlar”, - Stoltenberq deyib. Onun fikrinə görə, Belarus getdikcə Rusiyadan daha çox asılı vəziyyətə düşür.

“NATO müdafiə alyansıdır. Mən çox spekulyasiya etmək istəmirəm, amma biz ayıq-sayığıq və Belarusda baş verənləri çox diqqətlə izləyirik”, - deyə NATO-nun baş katibi qeyd edib.

“Əlbəttə ki, alyansın hər bir üzvünü ciddi halda qorumağa, Minsk və Moskvadan gələn hər cür təhdiddən müdafiə etməyə hazırıq”, - Stoltenberq əlavə edib.

Stoltenberq bildirib ki, Belarusdakı hadisələr NATO-nun Brüsseldə keçiriləcək sammitində müzakirə ediləcək. Onun sözlərinə görə, Belarusla mövcud tərəfdaşlıq razılaşmasına yenidən baxılacaq.

Oxşar xəbərlər
OTACI