Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hindistan COVID pasportlarının tətbiqinə qarşı çıxır

06 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hindistan pandemiyanın bu mərhələsində koronavirusa qarşı peyvənd pasportlarının tətbiq edilməsinə qarşı çıxıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Harş Vardhan G7 dövlətlərinin (Böyük yeddilik) səhiyyə nazirlərinin görüşünə qonaq qismində qatıldığı zaman bildirib.

O qeyd edib ki, pandemiyanın bu mərhələsində, inkişaf etməkdə olan ölkələrdə vaksinasiya faizlərinin inkişaf etmiş ölkələrə nisbətən daha aşağı olduğu halda peyvənd pasportlarının tətbiq edilməsi son dərəcə ayrı-seçkiliyin olduğunu göstərir.

Xatırladaq ki, Hindistan koronavirusa 28 694 879 yoluxma ilə dövlətlər arasında ikinci yerdədir.

Oxşar xəbərlər
OTACI