logo
First slide

Gürcüstan səfirliyindən Vəkil Abdullayevin Rusiyada öldürülməsi ilə bağlı AÇIQLAMA

05 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanın Azərbaycandakı Səfirliyi Rusiyada azərbaycanlı gənc Vəkil Abdullayevin öldürülməsi ilə bağlı açıqlama yayıb.

Səfirlikdən verilən açıqlamada deyilir:

“Azərbaycan KİV-lərində, 28 May tarixində, Rusiya Federasiyasının Novosibirsk vilayətində, milliyyətcə azərbaycanlı olan 19 yaşlı Vəkil Abdullayevin bir polis məmuru tərəfindən öldürülməsinin faciəli faktı ilə əlaqədar yayılan məqalələrlə bağlı bildiririk ki, Vekil Abdullayev Gürcüstan vətəndaşı deyil.

O, Rusiya Federasiyası vətəndaşı idi və bu səbəbdən Gürcüstan tərəfinin nə hüquqi cəhatdən, nə də beynəlxalq hüquq normaları əsasında, qeyd olunan işə hüquqi mexanizmalarla müdaxilə etmək üçün heç bir təsir imkanı yoxdur.

Gürcüstan səfirliyi faciəvi şəkildə öldürülən azərbaycanlı gəncin ailəsinə və yaxınlarına başsağlığı verir”.

Oxşar xəbərlər
OTACI
OTACI