Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Global Journalism Council” azərbaycanlı jurnalistlərlə bağlı bəyanat yaydı

05 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Global Journalism Council” (GJC) beynəlxalq jurnalist təşkilatı ermənilərin minaladağı ərazilərimizdə Azərbaycanın media işçilərini minaya düşərək həlak olması ilə bağlı bəyanat yayıb.

Press.az xəbər verir ki, bəyanatda deyilir:

“Bu gün (dünən-red.) iki jurnalist həmkarımız, azərbaycanlı jurnalistlər, Azərbaycan Dövlət Xəbər Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Dövlət Televiziyasının (AZTV) operatoru Sirac Abışovun Ermənistanın minaladığı Azərbaycanın Kəlbəcər bölgəsində mina patrtlaması nəticəsində həlak olması bizi çox kədərləndirdi. Həmkarlarımızın öz jurnalist vəzifələrini yerinə yetirərkən Ermənistanın minaladığı ərazidə həyatlarını itirmələrini bütün dünya jurnalistlərinin terrora məruz qalması kimi qiymətləndiririk".

Qlobal Jurnalistlər Şurasının Prezidenti Mehmet Ali Dimin adından yayılan bəyanatda deyilir:

“Ermənistanın Azərbaycanın minalanmış ərazilərinin xəritəsini verməkdən imtina etməsi bütün beynəlxalq konvensiyalara ziddir. Məhz bunun nəticəsində həmkarlarımız Məhərrəm İbrahimov və Sirac Abışovun həyatlarını dəyişmələrini dünyadakı bütün jurnalistlərə qarşı terrror kimi qiymətləndiririk. Bütün beynəlxalq təşkilatlardan, insan haqlarını müdafiə edən beynəlxalq qurumlardan, xüsusilə də beynəlxalq jurnalist təşkilatlatrından bu qanlı hadisəyə biganə qalmamağa çağırır, jurnalistlərin ölümünə səbəb olan bu qanlı aktı qətiyyətlə qınayırıq. Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə səsləyirik".

Oxşar xəbərlər
OTACI