Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyada öldürülən azərbaycanlının dostları tutuldu

05 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın Novosibirsk Mərkəzi Rayon Məhkəməsi polisin açdığı atəş nəticəsində ölən 19 yaşlı Vəkil Abdullayevin dostları İlkin İsmayılov və Ruslan Qurbanov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Bu barədə Sib.fm məhkəmənin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Bildirilir ki, İlkin İsmayılov hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməkdə günahlandırılır.

Qeyd edək ki, Vəkil Abdullayevi qətlə yetirən polis avtoinspektoru Aleksandr Qusev azadlığa çıxıb.

R.Qurbanov hadisə zamanı avtomobili idarə edən şəxsdir. İ.İsmayılov isə V.Abdullayevin qətlə yetirildiyi anının əks olunduğu görnütülərin müəllifidir.

Oxşar xəbərlər
OTACI